“Başınızdan böyük yerlərə burnunuzu soxmayın” – Xatirə də əkizlərə əsəbləşdi
Müğənnilər Sevil Sevinc bacılarının “ATV maqazin onlarla” verilişində müğənniləri tənqid etməsi maqazin aləmində müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Tolik kimi, Xatirə də əkizlərin onun barədə dediklərinə irad bildirib: “Sizə ayıb olsun ki, başınızdan böyük danışmışınız, heç yaraşdırmadım. Musiqi savadı olmayan, sənətə təzə gəlmiş, heç bir uğura imza atmayan gənc dəliqanlı qızlar necə 18 ildir səhnədə olan və Azərbaycanın bütün korifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər? Sizi başa düşürəm, çoxdandır efirdə yoxsunuz, təzə hit də yoxdur, bununla gündəmə gəlməyi düşündünüz? Mən ailə qurduqdan sonra bir il efirə çıxmadım və unudulmadım da... Sənəti ən az mənim qədər olan şəxslər haqqımda fikir bildirsin. Gedin, bu sənətə niyə gəlmisiniz, necə gəlmisiniz, oturun fikirləşin, başınızdan böyük yerlərə burnunuzu soxmayın. Nə qədər ki, səs və sənət yoxdur, sözünüzün kəsəri olmayacaq. Bu gün kimlərsə gündəmdə ola bilər, amma oxuya bilən içəri girəndə həmin adamlar stolun altında olur”.
1090 dəfə oxundu