Adnan Oktarın dərin sirlərini bilən ƏN MƏŞHUR "QARA KEDİCİY"İ TUTULDU VƏ... - FOTO

Adnan Oktarın dərin sirlərini bilən

Adnan Oktarın axtarışda olan "kediciyi"saxlanııb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adnan Oktarın "qara qutusu" hesab edilən Tülay Kumaşçı polisin keçirdiyi əməliyyat zamanı həbs edilib.
Polisin keçirdiyi əməliyyatda qaçdığı söylənilən və Adnan Oktarın sevimlisi olduğu deyilən Tülay Kumaşcı saxlanılıb.
İstanbul Texniki Universitetinin Riyaziyyat Mühəndisliyi məzunu olan Tülay Kumaşçı polisin əməliyyat keçirdiyi gün yaxalanmamışdı. O, bir neçə gündür ki, axtarışda idi. İddia edilir ki, Tülay Adnan Oktarın təşkilatı haqqında ən dərin sirlərinə sahibdir. Onun ifadəsi ilə, polisin Adnan Oktar cinayətlətri ilə bağlı mühüm məlumatlar əldə edəcəyi bildirilir. O, Adanan Oktar qruplaşmasının üzvləri arasında "bacı" adlandırılırıb.
Qeyd edək ki, Adnan Oktarın təşkilatının üzvü olmaqda ittiham edilən 235 nəfərə qarşı cinayət işi açılıb. Onlardan 200-ə yaxını həbs edilsə də, bəziləri polisdən qaçmağı bacarıb.
Adnan Oktar və yanındakılar haqqında çox sayda şikayət qeydə alınıb. Azyaşlı qızların ailələri, fırıldağa məruz qalanlar, təşkilatdan ayrıldığı üçün böhtana və şantaja məruz qalanlar oktardan şikayət ediblər.
Adnan Oktar və tərəfdaşları aşağıdakı cinayətlərdə ittiham olunur: Cinayət məqsədilə təşkilat qurmaq, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu və ya əsir saxlanılması, cinsi təcavüz, şantaj, insanların azadlığını əlindən almaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi, fırıldaqçılıq, cinayətdən əldə edilən gəlirlərin yuyulması, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, böhtan, xalqı hərbi qulluqdan çəkindirmək, həqarət, cinayət uydurmaq, yalançı şahidlik, qaçaqçılıqla mübarizə qanunlarına müxaliflik, vergidən yayınma, rüşvət, təlim və tədris haqlarının tapdalanması, işgəncə, şəxsi məlumatların qeydə alınması və siyasi haqların tapdalanması, ailənin təhlükəsizliyi və qadına qarşı zorakılığın qarşısının alınmasına müxaliflik.
İstintaq çərçivəsində polis dəstələrinin apardığı araşdırma nəticəsində bu günə qədər 17 qız uşağının cinsi təcavüzə məruz qaldığı müəyyən edilib. Adnan Oktar və qrupuna qarşı davam edən istintaq çərçivəsində o da məlum olub ki, şikayətlər yalnız Türkiyəni əhatə etmir. Niderland, Qətər, Almaniya, Azərbaycan, Qazaxıstan və Avstriyada yerləşən bəzi zərərçəkənlərin səfirlik və konsulluqlara müraciət edərək şikayətçi olduqları bildirilib.


Adnan Oktarın dərin sirlərini bilən
Adnan Oktarın dərin sirlərini bilən
Adnan Oktarın dərin sirlərini bilən



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...