“Mən cavan, Aygün də model kimi qız idi…”

“Mən cavan, Aygün də model kimi qız idi…”

Ötən gün Heydər Əliyev adına Sarayda xalq artisti Mübariz Tağıyevin 70 illik yubileyinə həsr olunan konsert baş tutub.“Qafqazinfo” xəbər verir ki, gecəyə qatılan xalq artisti Aygün Kazımova səhnədə maraqlı açıqlaması ilə yadda qalıb.

Əvvəlcə M. Tağıyev həmkarı ilə tanışlığını xatırlayıb: Hardasa 80-ci illər idi. Moskvanın Araqana Sarayında çox gözəl konsert proqramı keçirilirdi. Yuli Qusman o saraya sədrlik edirdi, həm də o vaxtlar sarayın baş rejissoru, direktor idi. Qrim otağına bir gənc, çox gözəl qız gəldi. Dedi ki, Mübariz müəllim, salam. Mən də cavan idim. Model kimi bir qız idi. Sizcə, kim ola bilər?”

Bu zaman zalda əyləşən qonaqlar “Aygün Kazımova” deyərək suala cavab verib.

Mübariz Tağıyev sözlərinə belə davam edib: “Bəli, Aygün Kazımova,səhnəmizin Aygünü, səhnəmizin divası. Mən bunu deməyə çəkinmirəm. Bu insan səhnədən uzaqlaşmasın deyə, hətta ölümlə üzləşib. Aygün bu neçə illər ərzində öz təravətini, gözəlliyini istedadını qoruyub saxlayan müğənnidir. O vaxtdan Aygün mənim dostum, bacımdır. Heç vaxt Aygünlə aramızda intriqa olmayıb”.

Səhnəyə gələn Aygün Kazımova Tağıyevin ona hər zaman dəstək olduğunu söyləyib:

“Gözəl sözlərinizə görə təşəkkür edirəm. Mübariz müəllim, hər zaman sizə minnətdar olmuşam. Mənə həmişə dəstək olmusuz. O vaxt Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz tam başqa idi və bu günə qədər də mənə dəstəyiniz davam edir”.

Daha sonra Aygün Kazımova sözləri Baba Vəziroğluna, musiqisi Mübariz Tağıyevə məxsus “Əleykum-salam” mahnısını oxuyub. Mahnını ifa etməzdən öncə sənətçi bu sözləri deyib: “Şou-biznesdə “salam” problemi var, bu mahnı lap yerinə düşdü”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...