"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər" - Roza Zərgərli - FOTO

"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər" -

Əvvəl toya getmirdim, bir ildir yenidən başlamışam. Bu yaxınlarda verilişdə toy qiymətimi açıqladım. Ondan sonra təkliflər daha çox gəlməyə başlayıb. İnsanlar elə bilirdilər ya getmirəm, ya da çox qonorar istəyirəm. Elə qiymət deyirəm ki, ondan vaz keçmək olmur. Çox adam heç bilmirdi ki, bütov toy aparıram. Çünki statusu olan müğənnilərin əksəriyyəti yarım saatdan artıq getmir.

Gundeminfo.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib:
"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər" -

"Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyündən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəkə sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil".

Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:

"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində necə iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...