Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric olundu

Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric olundu


Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Musavat.com xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun rəsmi saytında məlumat yer alıb.

Həmin məlumata görə, icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur. Rəsmi məlumatdan öncə, qeyri-i. günü olmasına baxmayaraq, Rüfət Səfərov qəfil bəyanat verərək, vəzifəsindən istefa verdiyini, mövcud hakimiyyətə qarşı müxalifətə keçdiyini bəyan etmişdi. Onun bu addımı siyasətçi atası Eldar Sabiroğlunu qəzəbləndirmişdi.

Qeyd edək ki, E. Sabiroğlu YAP qurucularından olub, sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxsdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...