"Prezidentin yeni fərmanı ilə bürokratik əngəllər aradan qalxacaq"

"Prezidentin yeni fərmanı ilə bürokratik əngəllər aradan qalxacaq"


Prezident İlham Əliyevin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı verdiyi fərman orta və kiçik shibkarlığın inkişafını təmin edəcək.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda inkişaf etdirilməsi zəruri olan sahələr olduqca genişdir və hökumətin hazırkı əsas məqsədi qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir: “Hazırda gündəmdə olan məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Lakin bu sahədə müxtəlif lisenziyalaşmalar, müxtəlif prosedurlar yaradılıb ki, bu da hazırkı şəraitdə orta və kiçik sahibkarlığın inkişafına maneçilik törədir. Bunu nəzərə alaraq Prezident İlham Əliyev sözügedən fərmanı verməklə çox vaxtında və çox faydalı bir yenilik elədi".

Millət vəkili qeyd edib ki, bu fərmanla bu günə qədər müxtəlif hökumət qurumları tərəfindən verilən və bəzən bir-birilərini təkrarlayan lisenziyalar və xüsusi razılıqlar, yəni bu kimi bürokratik əngəllər aradan qalxacaq.

"ASAN xidmət"in fəaliyyətinə toxunan C.Feyziyev bu quruma verilən səlahiyyətlərin artırılmasını da təqdirəlayiq hal hesab edir: "ASAN xidmət"in yaradılması əslində vətəndaşlara dövlət xidmətinin göstərilməsində inqilabi yenilik idi. Vətəndaş-məmur üzbəüz görüşməsi, üzləşməsi olmadan vətəndaş “ASAN xidmət” vasitəsilə dövlət xidmətindən istifadə edə bilir. Ona görə də “ASAN xidmət” mərkəzlərində göstərilən xidmət növlərinin getdikcə artması və bütün sahələri əhatə etməsi hökumətin, dövlətin mənafeyinə uyğundur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...