Deputat Ədalət Verdiyevin həbsindən danışdı: “Ortada ciddi məsələlər var...”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin həbs edilməsinin müzakirə yaratmasına aydınlıq gətirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, Ə.Verdiyevin həbs olunma səbəbi barədə rəsmi məlumat verilib:
“Dövlət sirri təşkil edən məlumatları yaydığı bildirilir. Bizim də hələ ki bundan başqa məlumatımız yoxdur. Hərbi sirlərin, dövlət sirlərinin yayılmaması ilə bağlı məsələlərə hər zaman diqqət çəkilib. Bu adam dövlətin müvafiq qurumları tərəfindən həbs olunubsa, demək, tutarlı, əsaslı sübutlar var. Əks halda həbs olunmazdı. Sadəcə, müəyyən xəbərdarlıqlar edilərdi. Ədalət Verdiyev vaxtaşırı müxtəlif televiziya kanallarında danışırdı, şərhlər verirdi. Televiziyadan da kənarlaşdırdılar. Çox güman, ortada daha ciddi məsələlər var ki dövlətin müvafiq qurumları Ədalət Verdiyevin həbsini məqsədəuyğun hesab ediblər. Heç kim əsassız həbs olunmaz. Özü də dövlət sirri əhəmiyyətli məsələlərlə bağlı. Verdiyev küçə xuliqanlığı, mülki həyatda baş verən hadisələrlə bağlı həbs olunmayıb. Rəsmi şəkildə qeyd edilib ki, yayılması, deyilməsi qadağan olunan məlumatlar səbəbindən həbs olunub. Bu qərar kiminsə xoşuna gəlir, ya gəlmir, kimsə səbəbini soruşursa, yəqin ki, yaxın vaxtlarda onun həbsi ilə bağlı istintaqı aparan qurumlar rəsmi qaydada daha geniş açıqlamalar verəcəklər, səbəblər hər kəsə məlum olacaq”.
32 dəfə oxundu