"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb

"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

"Report"un xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...