Lalə -Şövkət Liberal Partiyasını bərpa edir – Hazırlığa start verilib

Lalə -Şövkət Liberal Partiyasını bərpa edir –
Sabiq dövlət katibi Lalə -Şövkət ötən il buraxılmış Liberal Partiyasını bərpa edir.

Azpost.info bildirir ki, bununla bağlı bəzi hazırlıqlara start verilib.

Lalə Şövkətin yanında ALP-nin keçmiş rəhbərliyinin iclası keçirilib, orada ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Lalə-Şövkət Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tarixi uğur adlandırıb və ölkədə islahatlara ehtiyac olduğunu bildirib.

Sabiq dövlət katibi Liberal Partiyasının təsis konfrasının 1995-ci ildə Qarabağda, Bərdədə keçirildiyini xatırladaraq torpaq bütünlüyünün onun üçün siyasi mübarizədə əsas prioritet olduğunu qeyd edib.

ALP-nin fəaliyyəti bərpa olunduqdan sonra yeni prioritetləri bəyan olunacaq.

Xatırladaq ki, ALP-nin sabiq sədri Əvəz Temirxan Azpost.info-ya açıqlamasında partiyanın bərpa olunacağını açıqlamışdı. Bunun üçün Milli Məclisə keçirləcək seçkilərən sonra addım atılacağaını vurğulamışdı.

Qeyd edək ki, Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınmayan partiya ötən il özünü buraxdığını bəyan edib.

Siyasi xadim Lalə Şövkət 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...