MSK sədri: Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır

MSK sədri: Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır
Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, MSK-nın mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər.

"Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur", - MSK sədri əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...