Müharibənin trayektoriyasını dəyişməliyik - NATO-nun Baş katibi

Müharibənin trayektoriyasını dəyişməliyik -
NATO-nun baş katibi Mark Rutte Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə işgüzar nahardan əvvəl bildirib ki, Alyans Ukraynadakı müharibənin “trayektoriyasını” dəyişmək üçün səy göstərməlidir.
Bakupost.az xəbər verir ki, bu barədə "Qardian" bildirib.
"Bizim Ukraynaya dəstəyimiz onları mübarizəni davam etdirməyə ruhlandırır, lakin müharibənin trayektoriyasını dəyişmək üçün daha da irəli getməliyik. Biz çox vacib olan hava hücumundan müdafiəni təmin etməli və NATO-nun Vaşinqtonda keçirilən sammitində götürülmüş öhdəlikləri yerinə yetirməliyik", - Rutte bildirib.
Siyasətçi qeyd edib ki, öhdəliklər dedikdə o, yeni komandanlığı - NATO Təhlükəsizliyə Yardım və Təlim Komandanlığını (NSATU), 2024-cü ildə 40 milyard avro maliyyə öhdəliklərini və Ukraynanı Alyansa yaxınlaşdırmağa yönəlmiş gələcək tədbirləri nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...