Bakıda 600-dən çox piyada zolağı yenidən rənglənib FOTO
Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən müəyyən işlər həyata keçirilib.
“Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, görülən işlər çərçivəsində zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib, rəngi solmuş zolaqlar isə yenidən rənglənib.
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ilkin mərhələdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ilk öncə təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə sözügedən işlər həyata keçirilib.
Ümumilikdə, 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri olan yerlərində yeni piyada zolaqları çəkilib, mövcudları isə yenidən rənglənilib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb.
Növbəti mərhələdə isə digər küçə və prospektlərdə anoloji işlər uğurla icra olunub. Bu istiqamətdə işlər hazırda davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə, Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.
1033 dəfə oxundu