8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldılar

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldılar
Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin cərrah həkimləri 8 yaşlı Şölə Kərimovanın ölümü ilə bağlı prokurorluğa çağırılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Modern.az-a Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev məlumat verib. Baş həkim Səhiyyə Nazirliyi tərəfindən araşdırmaların davam etdiyini bildirib: "Həm nazirlik, həm də prokurorluq tərəfindən araşdırma aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra suallarınızı ətraflı cavablandıracağam. Uşağın meyitinin yarılıb-yarılmaması ilə prokurorluq məşğuldur. Yalnız onu deyə bilərəm ki, əməliyyata girən həkimlər prokurorluğa çağırılıb, ifadələri alınıb”.

Y.Əliyev deyib ki, heç bir həkim səhlənkarlığından söhbət getmir: "Əvvəlcədən razılaşdırılmışdı. Valideynləri əməliyyatın riskli olması ilə bağlı razılıq ərizəsinin altına imza da atıblar. Uşaq əməliyyat belə olunmayıb, xırda bir manipulyasiya sonrası dünyasını dəyişib. Mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyata tibb elmləri namizədi, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib, sertifikat almış həkim Eldar Əliyev girib.

Ümumiyyətlə, permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent katater anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb. Həyata keçirilən reanimasyon tədbirlər heç bir nəticə verməyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...