“Ermənistan vilayətdir, bu, tarixi faktdır” — Qalmaqallı dərsliyin müəlliflərindən biri

“Ermənistan vilayətdir, bu, tarixi faktdır” —

Orta məktəblərin 10-cu sinifləri üçün yazılmış rusca “Ümumi tarix” dərsliyində “Böyük Ermənistan” xəritəsinin təsvir edilməsi ətrafında qalmaqal bir neçə gündür ki, səngimir. Xatırladaq ki, bundan əvvəl Təhsil Nazirliyi dərslikdə yol verilmiş səhvi etiraf edib və bunu “texniki xəta” adlandırıb. Bildirilib ki, dərslin azərbaycan və gürcü dilində nəşr edilmiş variantlarında heç bir “Böyük Ermənistan” yer almır.

Gundeminfo.az virtualaz.org-a istinadən xəbər verir ki, lakin dərsliyin müəlliflərindən biri və təhsil eksperti Kamran Əsədov məsələnin bu cür qoyuluşu ilə razı deyil. O, israr edir ki, indiki halda dərslikdə heç bir səhvə yol verilməyib.

“Birmənalı şəkildə bəyan edirəm ki, həmin kitabda heç bir səhv yoxdur. Orada Roma imperiyasının xəritəsi təsvir edilib. Roma imperiyasının tərkibinə daxil olan vilayətlər göstərilib. Lakin həmin vilayətin adı var-Ermənistan. Lakin o, indiki Ermənistan deyil, sadəcə olaraq boş yerdən hay-küy qaldırıblar”-Kamran Əsədov yerli KİV-lərə müsahibəsində deyib.

Ekspert izah edib ki, həmin xəritədə Trayan və Adrian adlı imperatorların hökmranlıq dövründə mövcud olan ölkələr və ərazilər göstərilib. “Amid və Dzirav döyüşlərində Ermənistan Roma imperiyasının müttəfiqi idi. Lakin bir daha təkrar edirəm ki, indiki Ermənistandan söhbət getmir. Sonra Vizantiya və Roma imperiyası arasında müqaviləyə əsasən Ermənistan Şərqi və Qərbi Ermənistana bölündü. Və o, Şərqi Anadoluda yerləşirdi”-Kamran Əsədov deyib.

Ekspertin fikrincə tarixi faktları görməməzliyə vurmaq, təhrif etmək mümkün deyil. “Ermənistan vilayətdir. Bu tarixi faktdır. İndi mən onu silsəm yerinə xəritədə nə yazmalıyam? Uşaq məndən soruşacaq ki, xəritədə bu yerdə nə olub? Roma imperiyasının adsız əraziləri?”-o bildirib.

K.Əsədov hər halda etiraf edib ki, dərslikdə səhv olub. Bu da xəritədə Ermənistanın göstərilməsi deyil, Qafqaz Albaniyası və Atropatenanın xəritədə yoxluğudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...