ADP mətbuat katibinin qohumu dənizdə batdı - FOTO

ADP mətbuat katibinin qohumu dənizdə batdı -

Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun ailəsində faciə baş verib.

Teleqraf.com xəbər verir ki, bu haqda İsmayılov özünün Feysbuk hesabında yazıb. O, bildirib ki, ailəsi faciə ilə üzləşib: “Əzizimiz İdris dünən axşam saatlarında dənizdə batıb. Dəniz dalğalı olduğundan axtarışlar nəticə verməyib. Nurlu, məsum İdrisimizi dəniz qoynuna aldı”.

Daha sonra Nurəddin İsmayılov üzünü gənclərə küləkli havada dənizə getməməyi tövsiyə edib. Qeyd edək ki, dənizdə batan İdris İsmayılov Nurəddin İsmayılovun əmisi nəvəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...