“Expressbank”, “Yelo Bank”, “Unibank”… – Ən çox şikayət edilən banklar
Bu ilin avqust ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank” ASC olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Unibank” ASC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Xalq Bank” ASC olub. 5 bank haqqında isə heç bir şikayət daxil olmayıb.
Barəsində şikayətlər olan banklar bunlardır:
Qeyd edək ki, banklar üzrə şikayət indeksinin hesablanması “Şikayətlər üzrə bazar payı”nın “Müştərilər üzrə bazar payı”na olan nisbəti əsasında aparılır.
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit aüzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunub.
“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Şikayət indeksinin izahı: İndeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.
46 dəfə oxundu