20 Yanvar dairəsi nə vaxt ləğv ediləcək?

20 Yanvar dairəsi nə vaxt ləğv ediləcək?

20 Yanvar dairəsinin ləğv edilməsi hələlik ideyadır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, dairənin ləğvinin konkret tarixi barədə məlumat yoxdur: “Mütəxəsislər 20 Yanvar dairəsinin də nə zamansa ləğv olunmasını təklif kimi irəli sürüblər. Ancaq təklifin nə vaxt reallaşacağı bilinmir. Əgər təklif qəbul edilib dairə ləğv edilsə, başqa bir hərəkət istiqamətlərinə uyğun təhlükəsizlik adacıqları yaradıla bilər”.

Qeyd edək ki, artıq Yasamal rayonu ərazisində ''Beşmərtəbə'' və Nəriman Nərimanov heykəli yaxınlığındakı dairədən sonra bu dəfə İnşaatçılar prospektindəki ''Staistika'' dairəsi bağlanıb.

Anar Nəcəfli yaxın zamanlarda digər dairələrin, eləcə də 20 Yanvar dairəsinin ləğv edilməsi ehtimalını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...