Trampın 315 milyon dollar borcu var

Trampın 315 milyon dollar borcu var
ABŞ prezidenti Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyası dərc edilib.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, 98 səhifəlik sənədə əsasən Tramp Vaşinqtondakı oteldən 19,7 milyon dollar, Florida ştatındakı “Mar-a-Laqo” kurortundan 37,2 milyon, Nyu-Cersi ştatındakı qolf-klubdan 19,8 milyon dollar gəlir götürüb.

Sənəddə Trampın ümumilikdə 565 müxtəlif kompaniya və təşkilatdan 288 milyon dollar gəlir əldə etdiyi göstərilir. Tramp deklarasiyada 2016-cı ilin yanvarından bu ilin bahar aylarına qədər ümumilikdə aktivlər üzrə 1,4 milyard dolları, gəlirlər üzrə isə 598 milyon dolları qeyd edib. Prezidentin borc öhdəlikləri təxminən 315 milyon dollar təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...