Nərimanov rayonunda “Humanitar dərs” - FOTOLAR
Nərimanov rayonunda “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.
03 iyun 2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.
Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov və 40 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq.Məqsədə çatmaq üçün layihənin vəzifələri aşağıdakı kimidir: tələbələr arasında mədəniyyət anlayışlarını formalaşdırmaq, təlim zamanı qeyri-formal metodlarla tədris, KİV-də məlumatların dərc edilməsi, inşaların yazılması, sorğuların keçirilməsi.
Sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramovbu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıgənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, mədəniyyət – hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Mədəniyyət – insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir. Planetimizdə mədəniyyətlərin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir; buna, bəzən, inteqral mədəniyyət deyilir. İnsan mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir cəhəti olduğunu dərk edir.
Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.
946 dəfə oxundu