Qarabağ qazisinin həyat yoldaşı ölüm ayağında - 3 körpə gözüyaşlı qalıb
Qarabağ qazisi Əliyev Alış Hilal oğlunun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Əliyeva Afinə Eldar qızı ağır vəziyyətdə Bakıdakı 5 saylı xəstəxanaya yerləşdirilib.
Bununla bağlı Musavat.com-a məlumat verən A.Əliyevanın qardaşı Kərimov Xaləddin Eldar oğlu bildirib ki, həkimlər ona sinir krizi diaqnozu qoyublar. Maddi durumlarının ağır olduğu üçün xəstəni müalicə etdirə bilmədiklərini deyən X.Kərimov aidiyatı qurumlardan yardım istəyib. X.Kərimov deyib ki, bacısının həyat yoldaşı A. Əliyev keçən il ürək tutmasından dünyasını dəyişib, 3 azyaşlı qızı qalıb. İndi anaları da ölümlə çarpışan bu qızcığazlar gözüyaşlı qalıb.
Qeyd edək ki, A.Əliyeva 5 saylı xəstəxananın 4-cü mərtəbəsində, 424-cü otaqda ağır vəziyyətdədir. Müvafiq qurumlardan və səxavətli vətəndaşlarımızdan 3 uşaq anasının həyatda qalması üçün imkanlarını əsirgəməmələrini xahiş edirik. Analarını həyata qaytarıb qız balalarının üzünü güldürməklə həm də Qarabağ qazisinin ruhunu şad edərik.
820 dəfə oxundu