Daşkəsən və Zaqatalada zəlzələ oldu

Daşkəsən və Zaqatalada zəlzələ oldu


Zaqatala rayonunda zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 12:54-də Zaqataladan 39 km şimal - qərbdə Dağıstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,2 bal, dərinliyi 41 kilometr olub. Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

***

Daha bir zəlzələ hadisəsi isə Daşkəsən rayonunda qeydə alınıb. Report-un məlumatına görə, saat 12:58-də və saat 13:00-da iki təkan qeydə alınıb. Zəlzələnin gücü təxminən 3 bal olub. Hər hansı bir dağıntı isə qeydə alınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...