7 mindən çox qadın tikinti sahəsində çalışır" - Komitə sədri

7 mindən çox qadın tikinti sahəsində çalışır" -


“Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində təmsil olunurlar”.

AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bu gün qadınlarımız texniki və maliyyə sahələrinə də meyl göstərirlər.

“2005-ci ildə 4 mindən çox qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə bu sahədə 10 mindən çox qadın çalışıb. 2005-ci ildə peşə və elmi sahələrdə 14 mindən çox qadın vardısa, 2015-ci ildə bu sahədə qadınların sayı 25 mini ötüb. Tikinti sahəsində 2005-ci ildə 5 mindən çox qadın var idisə, 2015-ci ildə bu sahədə 7 mindən çox qadın işə başlayıb. Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, qadınların rolunun artması üçün bir neçə mühüm layihələr qəbul edilib. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı qaçqın düşüb ki, onların 450 min qadın, 309 min uşaqdır. Qaçqın və məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacibdir”.

H.Hüseynova qeyd edib ki, 2012-ci ildə qadın sahibkarlar 17 faiz təşkil edirdisə, 2017-ci ilin əvvəlinə qadın sahibkarların sayı 21 faizi keçib. “Qadın sahibkarlığın inkişafı qadınların cəmiyyətdə rolunun artmasına, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. 2002-2015-ci ildə 3500-dən çox qadın sahibkara 55 milyon güzəştli kredit, 2016-ci ildə 150-dən qadın sahibkara 8,1 milyon manat güzəştli kreditlər verilib. Nəticədə 2002-2015-ci illərdə 5 mindən çox yeni iş yerinin, o cümlədən 2016-ci ilin 6 ayı ərzində 255 yeni iş yerinin yaradılması nəzərdə tutulub”.

Komitə sədri vurğulayıb ki, qadın və kişi peşəsi altında ixtisasların ayrılması sonrakı mərhələlərdə genofonda mənfi təsir edə bilər. “Əvvəl qızlar peşə seçərkən onların daha çox müəllim və həkim olması qeyd edilirdi. Lakin bu gün iqtisadiyyatda texniki sahələr üzrə qızların sayı artır. Gənclərimiz bilməlidir ki, peşə seçimi cinsindən deyil bacarıq və biliklərindən asılıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...