DİN rəsmisi: "Hostellər xalqımızın mentalitetinə yaddır”

DİN rəsmisi: "Hostellər xalqımızın mentalitetinə yaddır”


“Hesab edirəm ki, hostellər xalqımızın mentalitetinə yaddır”.

Gundeminfo.az-ın haqqin.az-a istinadən xəbərinə görə, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin fikrincə, hostellər qeyri-yaşayış binalarında açılmalıdır.

Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilib. E.Zahidov bu məsələyə də münasibət bildirib: “Sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. Biz ilkin istintaqı aparıb, işi məhkəməyə göndərdik. Bu məsələni məhkəmə həll edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...