"Azercell" bazarın təxminən yarısına nəzarət edir

"Azercell" bazarın təxminən yarısına nəzarət edir

"Azercell" bu gün Azərbaycan mobil rabitə bazarının 48%-nə nəzarət edir. Bunu "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
V. Mürsəliyevin sözlərinə görə, şirkətin abunəçilərini sayı 4,5 mln. nəfəri ötüb.
"Ötən ilin sonu bizim şirkət üçün uğurlu keçib. Bizim korporativ müştərilərimizin sayı artıb. Artıq zaman keçdikcə mobil internetdən istifadə edənlərin sayı artdığı üçün mobil internetin qiymətini 27% azaltmışıq. Şirkətimiz regionda və ölkədə ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. "Azercell"in təqdim etdiyi mobil internetin 4G şəbəkəsini 84,1% güclənib, nəticədə şirkətin abunəçiləri arasında mobil internetdən istifadə həcmi son il ərzində 14 dəfə artıb", - deyə V. Mürsəliyev əlavə edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...