Tələbələrin təqaüdü niyə kəsilib?

Tələbələrin təqaüdü niyə kəsilib?


Azərbaycan Dövlət Dəmir Yolu Liseyində tələbələr 2 aydır təqaüd almır.

Müraciət edən valideyn Dəyanət Rüstəmova bu barədə məlumat verib. O bildirib ki, 2016-cı ildə tələbələr aylıq təqaüdləri qaydasında alsalar da, bu ildən onların “stipendiya”sı kəsilib.

D. Rüstəmova bununla bağlı Lisey rəhbərliyinə və Təhsil Nazirliyinə müraciət etsə də, hər iki mənbə ona belə bir halın olduğunu təsdiqləyib, amma səbəbi barədə hər hansı açıqlama verə bilməyiblər: “Dedilər ki, heç özümüz də bilmirik. Amma deyilib ki, təqaüdlər kəsilsin”.

D.Rüstəmova bildirib ki, yaxınlıqda yerləşən Turizm Liseyindən oxşar problemin olub-olmaması ilə maraqlanıb. Həmin liseydən cavab olaraq “Biz Mədəniyyət Nazirliyinin nəzdindəyik, təqaüdlər normal formada ödənilir” cavabını alıb.

“Qafqazinfo” məsələyə aydınlıq gətirilməsi üçün fevralın 16-da Təhsil Nazirliyinə müraciət edib. Dövlət qurumunun sözçüsü Cəsarət Valehov elektron poçt üzərindən yazılı sorğu verərsək, cavablayacağını bildirdi. Lakin bir neçə gün keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...