Bankların 8 milyon manat vergi borcu var
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının dövlət büdcəsinə faiz borcları 2,19 mln. manat, maliyyə sanksiyaları ilə bağlı öhdəlikləri isə 4,8 mln. manat təşkil edir.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.
Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190 min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".
Vergilər nazirinin müavini Sahib Ələkbərov isə deyib ki, borcların silinməsi nazirlik tərəfindən avtomatik həyata keçiriləcək və ödəyiciyə bildiriş göndəriləcək: "Borcların silinməsinə görə bizə müraciət etməyə ehtiyac yoxdur. Əgər hansısa sual yaransa təbii ki, bizə müraciət etməlidirlər".
904 dəfə oxundu