Bu il Azərbaycanda 10 minə yaxın zəlzələ baş verib

Bu il Azərbaycanda 10 minə yaxın zəlzələ baş verib


2016-cı il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində olan 42 seysmik stansiyası ( 35 daimi və 7 stasionar) tərəfindən 9905 zəlzələ qeydə alınıb.

APA-nın məlumatına görə, bunu bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-in Elmi-Texniki Şurasının birgə iclasında AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib.

Q. Yetirmişli deyib ki, Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələ RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli rayonu ərazisində baş verən və maqnitidası 5.6 olan zəlzələ olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...