Çökən banklar ƏDV-dən azad olunur

Çökən banklar ƏDV-dən azad olunur


Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən ödəniş qabiliyyəti olmayan bankların problemli aktivlərinin satışının üç il müddətinə əlavə dəyər vergisindən azad olunması planlaşdırılır.

AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında vergilər naziri Fazil Məmmədov deyib. Nazir bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur:

“Ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsinin 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...