“BakuBus”ın avtobusu ahıl piyadanı vurub

“BakuBus”ın avtobusu ahıl piyadanı vurub


"BakuBus" MMC-nin avtobusu yaşlı qadını vurub.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Belə ki, "BakuBus" MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.

"BakuBus" MMC-nin mətbuat xidmətindən "Report"a fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: "Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb".

Faktla bağlı "BakuBus" MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...