“Orta məktəblərdə I sinfə başlayanlarla məzunlar arasında 50 min nəfər fərq olur”

“Orta məktəblərdə I sinfə başlayanlarla məzunlar arasında 50 min nəfər fərq olur”


“Hər il Azərbaycanda birinci sinfə başlayan şagirdlərlə XI sinif şagirdlər arasında təxminən 50 minə yaxın fərq müşahidə olunur”.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, birinci sinfə başlayan şagirdlərin sayı daha çox olur. Bunun demoqrafik cəhətdən müsbət hal olduğunu deyən təhsil naziri vurğulayıb ki, mövcud reallıq bir sıra aktual məsələləri gündəmə gətirir: “Son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib. 90-cı illərin sonlarında bu göstəricilər mənfi idi, müəyyən dövrdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə tam əksini yaşayırıq. Təbii ki, şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hökumətə, müvafiq qurumlar təqdim olunur”.

C. Bayramov vurğulayıb ki, şagird sıxlığı problemi əsasən, Bakıda yaşanır. Onun sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında və digər sənədlərdə maksimal dərəcədə məktəbləri bir növbədə təşkil etmək qarşıya məqsəd olaraq qarşıya hədəf olaraq qoyulsa da, bu günə kimi Bakı şəhərində buna nail olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...