Avro 7 aylıq minimuma yaxınlaşır

Avro 7 aylıq minimuma yaxınlaşır


Ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dollar kreditləri ilə bağlı məsələ geniş müzakirə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı iclasda çıxışı zamanı bildirib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

Palata sədri vurğulayıb ki, müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq.

Problemli kreditlərlə bağlı hansı qərar qəbul ediləcək?

İqtisadçı-ekspert Samir Əliyev AzVision.az-a bildirib ki, dollar kreditləri ilə bağlı güzəştin edilməsi tək kredit götürənlər üçün deyil, həm də bank sektoru üçün faydalı olar.

İqtisadçı qeyd edib ki, bu gün bank sektorunda olan problemin əsas səbəbi məhz bu dollar kreditləridir: “Büdcədə bir neçə il öncə ilə müqayisədə çətinlik var. Düşünürəm ki, hökumətin büdcə siyasəti bundan sonra da qənaət sistemində olacaq. Dollar kreditləri ilə bağlı hökumətin hər hansı bir güzəştə gedəcəyinə tam əmin deyiləm. Amma bu məsələdə güzəşt edilməsi olduqca vacibdir. Belə ki, bank xarici banklardan kerdit götürür və həmin pulu kredit formasında vətəndaşlara verir. İndi verdiyi pulu geri ala bilmirsə, həm əmanətçiləri qarşısında, həm də xarici banklar qarşısında öhdəliyini yerinə yetirə bilmir. Bu baxımdan dollar kreditləri ilə bağlı hökumətin dəstəyi tək kimlərinsə zərərin azaltmaq deyil. Bu məsələdə dəstək ölkənin bank sektorunu xilas etməkdən gedir. Bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Bu sistem yaxşı işləmədikcə problem ortaya çıxır. Bank sektoru xilas olunmasa, ölkə iqtisadiyyatına xeyli çətinliklər yaradacaq. Hökumət bu məsələdə banklara dəstək verməlidir”.

Ekspert devalvasiyadan sonra ölkəmizdə 13 bankın bağlandığına diqqət çəkib: “Hazırda Azərbaycanda 32 bank fəaliyyət göstərir. Bu banklarda da problemlər var. Bir neçə bank var ki, onların vəziyyəti daha ağırdır. Bankların bağlanması hökumətə sərf etmir. Çünki bank bağlanırsa, hökumət əmanətçinin vəsaitini qaytarmalıdır. Bu da büdcədən gedir. Həmçinin bankın bağlanması bu sektora olan inama zərbə vurur. Düşünürəm ki, hazırda hökumət bankların xilas edilməsi barədə düşünür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...