İmişli qəbiristanlığında döyülən futbolçu öldü

İmişli qəbiristanlığında döyülən futbolçu öldü


Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “R-Sport” məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin “MKT-Araz” klublarının şərəfini qoruyub.

Virtualaz.org xatırladır ki, Bezrodnı "MKT-Araz"da 2005-ci ildə oynayıb və cəmi dörd matçda iştirak edib. Sonra isə birdən-birə çıxıb gedib. O illərdə Bezrodnının spirtli içkiyə aludə olduğu və hətta sərxoş vəziyyətdə İmişli qəbiristanlığında döyüldüyü barədə xəbərlər yayılmışdı.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...