Prokurorluq Mənsimovun şirkətini yoxladı, nə aşkar etdi?

Prokurorluq Mənsimovun şirkətini yoxladı,


Rusiyanın Volqa-Don nəqliyyat prokurorluğu “Palmali” gəmiçilik şirkətini yoxlayıb və müəyyən edib ki, şirkət sistematik olaraq əmək haqlarını ödəmir

Virtualaz.org xəbər verir ki, yoxlama nəticəsində təkcə iyul ayında əmək haqqı borcunun 50 milyon rubl olduğu müəyyən edilib. Məlumatı Rusiya Baş prokurorluğu yayıb.

“Yoxlamalar göstərib ki, şirkət bundan əvvəl də əmək haqlarını və mükafatları gecikdirib. İşçilərin hüquqların pozulmasını aradan qaldırmaq üçün şirkətin direktoruna xəbərdarlıq edilib”, - prokurorluq bildirir.

Yoxlamanın nəticəsi olaraq müəssisəyə və onun direktoruna qarşı inzibati iş qaldırılıb. Şirkətin mindən çox işçisi gecikdirilmiş əmək haqlarını tam ölçüdə alıb.
Prokurorluq Mənsimovun şirkətini yoxladı,

Xatırladaq ki, Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı milyarder-oliqarx Mübariz Mənsimovun bu ölkədəki şirkətində əvvəl də qanun pozuntusu aşkar etmişdi. Bu ilin yanvarında Rostov vilayətinin hüquq-mühafizə orqanları “Palmali” ASC gəmiçilik şirkətinin direktoru Aleksey Mixelyevə qarşı cinayət işi qaldırıb. O, 1 milyard 282 milon rubl məbləğində vergini gizlətməkdə ittiham olunurdu.

İttiham aktına əsasən şübhəli Mixelyev Rostovun Leninsk rayounun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb. Nəticədə şirkət iki il ərzində 1 milyard 282 milyon rubl vergini az ödəyib. Bu, indiki kursla təxminən 150 milyon dollar deməkdir. Toplanan faktlar əsasında İsintaq İdarəsinin yerli şöbəsi tərəfindən Mixelyevin barəsində xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...