LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ FOTOLAR

LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ


Avqustun 4-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda “2016-cı ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” hesabat məruzəsi müzakirə edildi.


İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışaraq bildirdi ki, dünyada davam edən iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. Bunun təməlində cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, apardığı islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Sevindirici hal ondan ibarətdir ki, respublikada iqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatı artıb. Sənaye istehsalı 0,6 faiz, qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artmışdır. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulmuşdur. Ötən 6 ay ərzində 78 min daimi iş yeri açılmış, maaşlar və pensiyalar 10 faiz qalxmışdır.

Sonra hesabat məruzəsi dinlənildi.

Məruzədə qeyd edildi ki, ölkəmizin hər yerində olduğu kimi, 2016-cı ilin birinci yarım ilində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər sürətlə davam etmişdir. Ötən 6 ay ərzində rayonda ümumi məhsul buraxılışı 10,9 faiz artaraq 157,2 milyon manat təşkil etmişdir. Sənayedə 17,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 56,4 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 89,8 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 75,2 faiz təşkil etmişdir.

Hesabat məruzəsində daha sonra rayonun sənaye müəssisələrində və aqrar sahəsində görülmüş işlər barədə ətraflı məlumat verildi. 6 ay ərzində şəhər və rayon ərazisində aparılmış genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə söz açılaraq qeyd edildi ki, 36 min kv.metr hasar və bardür rənglənmiş, 101 ədəd yeni müasir küçə işıqlandırıcıları quraşdırılmış, 11 min ədəd ağac, 23 min ədəd gül kolları əkilmişdir. Şəhərdə yerləşən 19 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 7 binanın fasadı rənglənmiş, şəhərdə ümumilikdə 34 min kv.metr asfalt döşənmişdir. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 km hissəsində cari və əsaslı təmir işləri aparılaraq asfaltlanmışdır. Cənab Prezidentin Sərəncamına əsasən şəhərdə təmizlik-abadlıq işləri aparmaqdan ötrü Mənzil İstismar-Kommunal Müəssisələr İdarəsinə 200 nəfər, Lənkəran şəhəri və Ürgə kəndində çoxmənzilli 15 yaşayış binasının təmiri işlərinə 304 nəfər işçi cəlb olunmuşdur. Göstərilən sahədə təmir işləri tamamlanmaq üzrədir.

Məruzədə həmçinin qeyd edildi ki, cari ilin birinci yarım ilində rayonda ümumilikdə 1385 yeni iş yeri açılmışdır ki, onlardan 1066-sı daimi iş yerləridir. Altı ay ərzində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirilmiş, Haftoni qəsəbəsində, Ləj və Qumbaşı kəndlərində quraşdırma işləri başa çatdırılmışdır. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 93 məntəqəsindən 63-ü qazlaşdırılmışdır. Ümumilikdə rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48 min 369 abonentdən 42 min 259-u qazlaşdırılmışdır ki, bu da ümumi abonentlərin 87,4 faizini təşkil edir.

Məruzədə daha sonra rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülmüş işlər və s. barədə ətraflı məlumat verildi, rayonda yeni Olimpiya İdman Kompleksinin, 5 ulduzlu 11 mərtəbəli otel kompleksinin tikintisinin davam etdirildiyi, Lənkəran şəhər 2 saylı oğlanlar üçün ailə tipli kiçik qrup evinin tikilib istifadəyə verildiyi diqqətə çatdırıldı.
Məruzə ətrafında müzakirələrdə şəhər Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev, Elektrik şəbəkəsinin rəisi Şaiq Qəribov, şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov və “Lənkəran Çay-5” ASC-nin sədri Zaur Axundov çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdilər.

Şura iclasını yekunlaşdıran İcra başçısı Taleh Qaraşov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışaraq qeyd etdi ki, bu sahədə sort toxumçuluqla məşğul olan elmi-tədqiqat müəssislərinin üzərinə mühüm vəzifələr düşür. Kənd təsərrüfatında durğunluq aradan qaldırılmalıdır. Yeni yaradılan Lənkəran Kənd Təsərrüfatı İdarəsi fəaliyyətini dahada canlandırmalıdır.

T.Qaraşov sonda sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə keçirilməsi və qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
LƏNKƏRANDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...