Bakıdakı “Aşurbəy” məscidinin fəaliyyəti dayandırıldı

Bakıdakı “Aşurbəy” məscidinin fəaliyyəti dayandırıldı


Bakıdakı tanınmış “Aşurbəy” məscidinin (“Ləzgi məscidi”) fəaliyyəti kütləvi ibadət üçün dayandırılıb.

Məsciddən APA-ya bildiriblər ki, buna səbəb kimi məscidin təmirə dayandırılması göstərilib. Qeyd olunub ki, məscid fəaliyyətini təmir məqsədi ilə müəyyən müddətə dayandırıb. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bununla bağlı xəbərdar olduqlarını bildirsələr də, məscidin İçəri Şəhər Dövlət Qoruğu idarəsinin nəzdində və nəzarətində olduğunu bildiriblər.

Qeyd edək ki, “Aşurbəy” məscidi ilə bağlı Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə dəstək verilməsi iddiaları var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...