Azərbaycan hərbi yük təyyarələrinə görə avans ödədi

Azərbaycan hərbi yük təyyarələrinə görə avans ödədi


Azərbaycan Ukraynanın "Antonov" korporasiyasından aldığı "An-178" tipli iki təyyarə üçün avans ödəyib. AzVision.az "Ukrinform" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib. "On təyyarənin alınması ilə bağlı iki ölkə arasında müqavilə imzalanıb. Həmçinin iyun ayında iki təyyarənin göndərilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşmə üçün minnətdarıq", - deyə G. Zubko qeyd edib.

Xatırladaq ki, "An-178" hərbi yük təyyarəsidir. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...