Lavrov Kerri ilə “sakitlik rejimi”ni müzakirə etdi

Lavrov Kerri ilə “sakitlik rejimi”ni müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya hökumətinin elan etdiyi “sakitlik rejimi”ni müzakirə ediblər. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Dovlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib. Kirbi qeyd edib ki, iki ölkə diplomatik qurum rəhbərləri iyulun 5-də danışıblar. Qeyd edək ki, Suriya ordu komandanlığı bütün ölkə ərazisində 72 saatlıq “sakitlik rejimi” elan edib. Suriyada atəşkəs ümumilikdə fevralın 27-də qüvvəyə minib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...