Gənc futbolçularla yarışma


“Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində uşaq futbol məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində 10 orta məktəblərdə seminarların keçirilməsini başa çatdırmış və seminarlar keçirilmiş orta məktəblərin komandalarının iştirakı ilə futbol turniri təşkil etmişdir.

Layihənin əsas məqsədini yeniyetmə və gənc futbolçuların zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində uşaq futbol məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi və hüquqi dəstək göstərilməsi təşkil edir.

Layihə çərçivəsində 10 orta məktəbin şagirdləri üçün maarifləndirmə Seminarları keçirilmişdir və seminarlarda 250-ə yaxın uşaq iştirak etmişdir. Seminarlarda təşkilat sədri, layihə rəhbəri, hüquqşünas, psixoloqun iştirakı ilə uşaq hüquqları, uşaqların zərərli vərdişlərdən çəkindirilməsi formaları, asudə vaxtın səmərəli təşkili, fərdi qiymətləndirmə, uşağın inkişafında ailənin və məktəbin rolu, özünəinam və pisxoloji qiymətləndirmə, çətin vəziyyətdə qərar qəbul etmə, təhsil və futbolun qarşılıqlı əlaqəsi və vacibliyi haqqında geniş məlumatlar verilmişdir.


Seminarların keçirildiyi orta məktəblərin komandalarının iştirakı ilə 28 may Respublika günü ilə bağlı “Respublika kuboku” futbol çempionatı keçirilmişdir. Çempionat zamanı oyunlarda Peşəkar Klubların nümayəndələri və menecerlərdə iştirak etmiş və istedadlı uşaqları öz komandalarına dəvət etmişlər. Turnirin final mərhələsi 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günündə keçirilmişdir. Oyunlardan əvvəl uşaqlara bu gün haqqında ətraflı məlumat verilmiş, göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təşəkkür edilmişdir.

Turnirdə iştirak edən 10 komanda arasında Binəqədi rayonu 100 saylı məktəb 1-ci yerə, Nəsimi rayonu 19 saylı məktəb 2-ci yerə və Nəsimi rayonu 111 saylı orta məktəb 3-cü yerə layiq görülmüşdür.Turnirin qalibləri medal və kuboklarla təltif edilmişdir. Ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi, ən yaxşı yarımmüdafiəçi və ən yaxşı hücumçu mükafatlara layiq görülmüşdür.

Eyni zamanda layihənin davamı olaraq futbolla məşğul olan uşaqlara və onların valideynlərinə hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaqdır. Eyni zamanda müxtəlif qurumlara hüquqi sənədlərin hazırlanması işinə dəstək göstəriləcəkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...