Azərbaycan biznesmenləri Gürcüstanda televizor istehsalına başlayır

Azərbaycan biznesmenləri Gürcüstanda televizor istehsalına başlayır


"AG-Telecom" Azərbaycan-Gürcüstan şirkəti televizor istehsal etməyə başlayır. "Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Mixail Qlonti bildirib. Onun sözlərinə görə, televizorun qiyməti 180-280 dollar arasında dəyişəcək.

Məhsul 2016-cı ilin aprelindən satışa çıxarılacaq. Direktor istehsal etdikləri televizoru Avropa bazarına da çıxarmaq istədiklərini söyləyib. Qeyd edək ki, "AG Telecom" Azərbaycan-Gürcüstan şirkəti 2013-cü ildə Rustavidə yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1032 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...