Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları cəzalandırıldı

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları cəzalandırıldı


Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin bir neçə əməkdaşına töhmət verilib. GUNDEMİNFO.AZ-ın Trend-ə istinadən məlumatına görə, ilin əvvəlindən başlayaraq Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədilə bağlı yoxlamalar aparılıb.

Yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq, Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Əhmədov İkram Gülağa oğluna yazılı xəbərdarlıq elan edilib.

Həmçinin Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Ramazanova Leyla Nurəddin qızına, Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğluna və Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Rzayev Məmməd Rza oğluna töhmət verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...