Mobil telefonlar kəskin ucuzlaşdı - SİYAHI

Mobil telefonlar kəskin ucuzlaşdı -


Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Bakıda telefon satışı ilə məşğul olan Əli Həsənov Azvision.az-a bildirib ki, ucuzlaşma daha çox "Samsung" markalı telefonlara aiddir.

"Son bir həftə ərzində firmalar tərəfindən qiymətlər aşağı salınıb. Hazırki qiymətlər telefonların modelinə görə dəyişir. Bəzi telefonlar var ki, onların qiyməti 50-100 manatadək ucuzlaşıb. Bura "Samsung"un "A5","A3" modelləri daxildir. Əvvəl 349 manat satdığımız telefon hazırda 299 manatadır".

Satıcı Rauf Əliyev isə ucuzlaşmanın "Ayfon" (iPhone) markalı telefonlara şamil edilmədiyini bildirib: "Ayfon markalı telefonarda qiymətlər aşağı düşməyib, əksinə artım olub. Qiymətlər əsasən "Samsung Galaxy"lərdə aşağı düşüb. "Samsung"un 4 modelində "A5"," A3" "J7", "J5"-lərdə qiymət fərqi var. Yerdə qalan modellərin qiyməti hələlik ucuzlaşmayıb. Adlarını çəkdiyimiz telefonlar 100 manat aşağı qiymətə satılır".

Satıcının sözlərinə görə, mobil telefonların ucuzlaşması bazardakı durğunluqla əlaqədardır: "Şirkət əvvəl gün ərzində 600 mobil telefon satırdısa, indi 50 telefon satmaq olmur. Məcbur qalıb qiymətləri aşağı saldılar".
Mağaza sahibi qiymətlərin dəyişməsinin gündəlik alverə ciddi təsir etmədiyini deyib.

Satıcıların fikrincə, bazarda vəziyyət belə davam edərsə, digər telefon modellərinin də qiymətində kəskin ucuzlaşma gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...