“Sosial Müdafiə Fondunun büdcəsi şəffaf tərtib edilmir”
“Sosial Müdafiə Fondunun büdcəsi şəffaf tərtib edilmir. Bu, özünü həm gəlirlər, həm də xərclər hissəsində göstərir. Məsələn, gəlirlər hissəsində dövlət və özəl sektordan yığımları ayrıca göstərmək mümkündür, amma etmirlər. Əvəzində “büdcə” və “qeyri-büdcə” sektorları bölgüsündən istifadə edirlər”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
“Niyə belə edirlər? Çünki “qeyri-büdcə” sektoru bütün özəl və dövlət şirkətlərinin hamısını əhatə edir. Onların hər biri üzrə ödəmələri ayrıca versələr, məlum olacaq ki, Fondun gəlirlərinin hər 100 manatından azı 75 manatı dövlət sektorunda (büdcə təşkilatları + dövlət müəsssiləri + büdcə transfertləri) formalaşır.
Soruşa bilərsiniz ki, əgər şəffaflıq yoxdursa, özəl sektorun Fondun gəlirlərində ən yaxşı halda 20-25% paya malik olması ilə bağlı rəqəm hardan götürülür.
Bu rəqəmi dolayı hesablamalar əsasında ortaya çıxarmışıq.
Belə ki, dövlət büdcəsinə büdcə təşkilatları və dövlət müəssisələri (publik hüquqi şəxslər və səhmlərinin (paylarının) 51%-dən çoxu dövlətə məxsus olan) büdcəyə muzdlu işə görə təxminən eyni məbləğdə gəlir vergisi ödəyirlər.
Məsələn, 2022-ci ildə büdcə təşkilatları 487,6 mln. manat, dövlət müəssisələri isə 423,4 mln. manat (büdcə təşkilatlarının 87%-i qədər) gəlir vergisi ödəyiblər. Bu nisbətdən çıxış etsək, deməli 2022-ci ildə büdcə təşkilatları Sosial Fonda 1,676 mlrd. manat ödəyibsə, dövlət müəssisə və şirkətlərinin də ödənişi bu məbləğin 87%-i qədər götürüldükdə, 1,458 mlrd. manat sosial ödəmə etdikləri aydın görünür.
Bu 2 mənbədən toplanan yığımları və büdcə transfertini nəzərə alsaq, deməli 2022-ci ildə Sosial Müdafiə Fondunun 5,7 mlrd. manatlıq cəmi gəlirlərinin 4,266 mlrd. manatının (75%-nin) dövlət sektorundan formalaşdığını görmək mümkündür.
Eyni hesablamanı 2024-cü ilin timsalında hesabladıqda, dövlətin Fonda payı 73% çıxır: proqnozlaşdırılan büdcə transferti 1,392 mrld. manat, büdcə təşkilatlarının ödəmələri 1,901 mlrd. manat, dövlət müəssisələrinin ödəmələri 1,768 mlrd. manat.
Cəmi dövlət sektoru üzrə ödəmələrin təxminən 5,1 mlrd. manat təşkil edəcəyi gözlənilir (Fondun cəmi gəlir proqnozu 6,9 mlrd. manat).
Xərclərə gəldikdə, pensiya növləri üzrə (yaşa, əlilliyə və ailə başçısına itirməyə) fondun xərcləri ayrıca göstərilə biləcəyi halda göstərilmir”, - R.Ağayev qeyd edib.
404 dəfə oxundu