Türkiyədə PKK-nın maliyyə şəbəkəsinə böyük zərbə

Türkiyədə PKK-nın maliyyə şəbəkəsinə böyük zərbə
Türkiyənin Konya şəhərində PKK silahlı terror təşkilatının xarici dərnəklərdən əldə etdiyi pulların bölüşdürülməsində məsul olan G.K. və D.İ. ələ keçib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, nəzarətə alınan şübhəli G.K.-nın PKK lideri Abdullah Öcalanla birlikdə terror təşkilatının qurucularından olan Əli Heydər Kaytan və təşkilatın daha bir məsulu Hayati Dəniz Kaytanın bacısı olduğu müəyyən edilib.
“G.K.-nın terror təşkilatının qondarma Xarici Əlaqələndirmə məmuru olaraq ölkəmizin həbsxanalarında məhkum olan təşkilat üzvləri və onların ailələri ilə əlaqə saxladığı, təşkilatdan aldığı təlimatları təşkilat üzvlərinə çatdıran şəxslərdən biri olduğu müəyyən edilib. Terrorla mübarizəmiz xalqımızın əmin-amanlığı və təhlükəsizliyi naminə səmərəli şəkildə davam edir”, - deyə qurumdan bildirilib.

Mənbə: Haber Global



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...