"Koç Holdinq"in Azərbaycandakı şirkətinin lisenziyası ləğv edildi

"Koç Holdinq"in Azərbaycandakı şirkətinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 8 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilən lisenziyalar ləğv edilib.
Yeniavaz.com açqılanan rəsmi məlumata istinadən xəbər verir ki, lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında ləğv edilib.
Sığorta lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir (VÖEN – 1700234011).
Qeyd edək ki, Türkiyənin aparıcı şirkətlərindən “Koç Holdinq”ə bağlı olan “Otokoç Azərbaycan” MMC 15 aprel 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4,5 milyon dollar olan MMC-nin qanuni təmsilisi Kerem Demirdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...