Tanınmış aparıcının reanimasiyaya yerləşdirildiyi deyilir

Tanınmış aparıcının reanimasiyaya yerləşdirildiyi deyilir
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirildiyi bildirilir.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Məlumata görə, bir neçə ildir ki onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib. Ailəsi onu paytaxtın “Liv Bona Dea Hospital”ına yerləşdirib.
Bildirilib ki, yaxınları onun müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.
Xatırladaq ki, Nətavan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...