Tərtərdə barama tədarükünə başlanılıb
24 may tarixində ABŞ-da yayılan “Nyu York San” (New York The Sun) saytında saytında Günaz TV-nin rəhbəri, tanınmış güneyli milli fəal Əhməd Obalının vəhşicəsinə döyülməsi və bunun təfərrüatı ilə bağlı məqalə dərc edilib.
Məqalədə iddia edilir ki, guya polisin ilkin raportu var, həmin raporta görə bu hücum siyasi deyil, ailədaxili münaqişədir, Əhməd Obalını döyən isə elə öz oğlu Dəniz Obalıdır.
Bunun ardınca nəşr “polisin raportu” olduğu iddia edilən informasiyanı təkzib edir, ailənin buna təəccübləndiyini bildirir; çoxsaylı arqumentlər gətirir, o cümlədən Dəniz Obalının da döyüldüyü, hazırda atasından daha ağır vəziyyətdə reanimasiyada yatdığı xatırladılır, təhlükəsizlik səbəbi ilə onun fotolarını yaymadığını yazır.
photo_2023-05-26_00-05-43.jpg (61 KB)
Yerli media artıq Dəniz Obalının reanimasiyadan fotosunu yayıb
Qəribədir: Əhməd Obalının bacısı oğlu, Günaz TV-nin Azərbaycan bürosunun rəhbəri Araz Obalının Axar.az saytına 24 may saat 14:43-də eksklüziv açıqlamasına da “Nysun.com” istinad edib, hazırda onların təhlükəsizliyinin gücləndirildiyi, oğlunun reanimasiyada olması və s. bildirilib.
1-ci şübhə
“Nyu York San” Azərbaycan siyasi-media kəsiminin tanımadığı, izləmədiyi bir saytdır – zəruri olaraq əlavə edək ki, bu, Britaniyanın məşhur “San” (The Sun) nəşri deyil. “Nyu York San” 2002-ci ildə qurulub.
Saytın öz adını “San” nəşrinə uyğunlaşdırmasının özü belə bu portal haqda bəzi ehtimallar irəli sürməyə imkan verir - baxmayaraq ki, istiqamətləri fərqlidir.
Maraqlıdır, necə olur ki, ABŞ-da yalnız bu sayt Əhməd Obalı olayına yer verir və onun barəsində araşdırma yayır?
Azərbaycan siyasi-media cameəsində tanınmayan, heç vaxt izlənməyən bir saytda dərc edilən material qısa müddətdə bütün redaktorlara göndərilir. Həm də necə: sayt pulludur, materialların oxunması üçün mütləq abunəlik tələb edilir. Ona görə də “Nyu York San”ın bu mətni Azərbaycanda əksər redaktorlara, siyasilərə, ekspertlərə, politoloqlara PDF formasında atılıb.
Kimdir bu mətnin Azərbaycanda yayılmasının qayğısına qalan?
photo_2023-05-21_19-05-07.jpg (91 KB)
2-ci Şübhə
Məqalədə polisin “ilkin raportu”na istinad edilir.
Polisin elə bir raportu olması barədə heç bir sübut yoxdur: nə skrin, nə bəlgə, nə də polisin rəsmi açıqlaması.
Belə bir raportun olduğunu sayt hansı mənbəyə istinadla və hansı əsasla yayıb?
Ədalət naminə deyək ki, məqalədə araşdırma aparılıb, “polisin raportu” darmadağın edilib və əsassız olduğu vurğulanıb. Ancaq məsələ mənbəyi bəlli olmayan “polis raportu” və bu insidentin ailə münaqişəsi zəminində olduğu barədə ABŞ hüquq-mühafizə orqanlarında “faktın” dövriyyəyə buraxılmasıdır.
Təsadüfi deyil ki. Azərbaycan mediasında bəziləri hətta məqaləni sona qədər oxumadan, “Nyu York San” nəşrini Britaniyanın məşhur “San” nəşri hesab edərək, artıq bu informasiyanı Azərbaycan oxucusuna çatdırmaqla məşğuldur.
3-cü Şübhə
Nyu Yorkda yerləşən bu nəşr nədən Kaliforniyadakı insidentə bu qədər diqqət ayırır?
Digər tərəfdən, Axar.az-da dərc edilən eksklüziv açıqlamanı “Nyu York San” əməkdaşı necə dərhal oxudu-öyrəndi və hətta məqaləsində buna istinad da etdi?
4-cü Şübhə
Sözügedən nəşrin mövzuya bu gün yenidən qayıtdığı, guya bunun ailə münaqişəsi olması barədə Əhməd Obalının etirafı olduğu haqda Teleqram kanallarında məlumat yayılıb.
Nəşrin elektron versiyasında Əhməd Obalı ilə bağlı ikinci məqalə yoxdur – bəlkə də qəzet formasında var, ancaq sayta hələ yerləşdirilməyib.
Maraqlıdır, əgər qəzet formasında varsa, bunu kim dərhal Teleqramda tirajlamağa meyillidir? Yeni məqalədə nədən bəhs edilir? Doğrudanmı Əhməd Obalının “etirafı” var? Əhməd Obalı "etiraf"ını niyə öz kanalında, sosial səhifə hesablarında etmir? "Etiraf" polisədirsə, bunu NYS necə əldə etdi?
Tam bir informasiya manipulyasiyasıdır!
ehmed-obali (2).jpg (35 KB)
Nəticəmiz:
1. Əhməd Obalı Azərbaycandan qayıtdıqdan bir gün sonra vəhşicəsinə döyülüb;
2. Əhməd Obalıya yaşadığı Çikaqo ştatında deyil, Kaliforniyada hücum edilib. Kaliforniyaya isə oğlunun məzun günündə iştirak etmək üçün gedibmiş.
Oğlunun məzun günündə iştirak etməyə tələsən və buna görə Bakıdan təcili geri qayıdan atanın necə gözəl ailə başçısı olduğuna NYS-ın məqaləsində də toxunulur – amma bu, feyki tirajlayanların gözündən yayınır.
3. Əhməd Obalı haqda sözügedən yazıda Azərbaycan informasiya mühitinin nəbzi döyünür – girin, o məqaləni başdan-ayağa, diqqətlə oxuyun, görəcəksiniz.
Bütün bunlar isə insidentin Bakıdan “idarə olunduğunu” iddia etməyə yol açır: Obalının ABŞ-a qayıtdığı informasiyasını hücum edənlərə kim və hardan verib? Onun Çikaqoda deyil, Kaliforniyada olacağını hücum edənlərə kim başa salıb?
“Nyu York San”da dərc edilən məqalədə Azərbaycan media məkanında həmin gün dərc edilən məqalələrə necə istinad edilə bilərdi?
Belə görünür ki, o məqalə Bakıda yazılıb: məqsəd Əhməd Obalıya hücumu məişət səviyyəsinə endirməkdir və yaxud bununla bağlı beyinlərə şübhə toxumu səpməkdir.
Əhməd Obalının Günaz TV-si son aylar sürətlə böyüyürdü, Bakıda bağlanan ofisi yenidən açılmışdı; Əhməd Obalı tez-tez Azərbaycana səfər edir, Xudafərinə gedir, azad edilən torpaqları ziyarət edir və bu təəssüratlarını kanalında bölüşürdü.
İranın ən qatı tənqidçisi olan Əhməd Obalıya qarşı bu hücumun sui-qəsd cəhdi və terakt olduğunu təxmin etmək çətin deyil və bunun İran və yaxud İrana bağlı qüvvələr tərəfindən edildiyini də hər kəs ehtimal edə bilər.
- “Polis raportu”nda Dəniz Obalının həbs edildiyi bildirilir – Dəniz Obalı ağır vəziyyətdə reanimasiyadadır;
- “Polis raportu”nda Əhməd Obalıya hücum edənlərin həbsindən danışılmır – halbuki Əhməd Obalı ona hücum edənləri tanıdığını ilk gündə bildirmişdi.
Onda bu məqalə nəyə lazım idi?
Bakıdan kimlər bu oyundadır? O məqaləni “Nyu York San” üçün Bakıda oturub yazan kimdir? O məqaləni o nəşrdə dərc etdirmək üçün kimlər çalışıb və nə qədər pul ödəyiblər?
Pullu olan, açılmayan məqaləni PDF formasında redaktorlara göndərən kim və ya kimlər olduğunu tapmaqla, kələfin ucunu çözmək mümkündür.
Əhməd Obalı ölümü belə göz altına alan mübarizdir. Hətta o indi qalxıb, bunun ailə münaqişəsi olduğunu desə, bu, o deməkdir ki, Əhməd Obalı xəstəxanada ən eybəcər formada təhdid edilib – ailəsi ilə!
Əhməd Obalının mübarizədən canından keçməyə hazır olduğunu hər kəs bilir, ancaq övlad bir ayrıdır!
Obalı o “etirafa” məcbur da edilə bilər – ancaq bu “etiraf”ın özü İranın bu teraktda birbaşa əlinin olduğunu ortaya qoyan fakta çevriləcək.
Özünüz fikirləşin: hətta ailədaxili münaqişə olsa belə, Əhməd Obalı bunu niyə etiraf etməlidir ki?.. (axar.az)
431 dəfə oxundu