Universitetlərdə dövlət imtahanı ləğv edilir - Diplom müdafiəsi də aradan qaldırılır?

Universitetlərdə dövlət imtahanı ləğv edilir -
Elm və Təhsil naziri Emin Əmrullayev qeyd edib ki, 2023-2024-cü ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər.

"Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir bildirib.

Bəs dövlət imtahanın ləğv edilməsinin təhsil prosesinə təsiri necə olacaq?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov bildirib ki, Azərbaycanda bakalavr tədrisi üzrə standartlar bir neçə dəfə təsdiqlənib və bu standartlarda artıq buraxılış işi və attestasiya imtahanı yer almır.

"Pandemiya dövründə zərurətdən dolayı buraxılış işi və attestasiya imtahanı ləğv edilib. Tələbənin akademik göstəricisi əsas götürülürdü. Ümumi baxdığımız zaman boloniya sistemində buraxılış işi, attestasiya imtahanı yoxdur. Hər bir dərsin krediti və tələbənin semestrda aldığı qiyməti var. Krediti tamamlayan hər kəs məzun olur. Düşünürəm ki, bu mütərəqqi addımdır. Dövlət imtahanı anlayışı müəyyən iradlar, nöqsanlar daşıyan prosesə çevirilib. Bir fənndən imtahan verib keçən tələbə sonradna yenə yeni fənndən imtahan verməsi təkrarçılıqdan başqa bir şey deyil. Düzdür, imtahanda əsas ixtisas fənnlərii seçilir. Lakin yenə də məntiqi cəhətdən də əklənən bir fikir deyil. Bu zaman-zaman arzuolunmayan nüanslar meydana gətirirdi. Bakalavr tədrisi akamdemik tədris deyil. Bakalavr tələbəsinin ciddi bir tədqiqat aparması bəzən mümkün olmur. Çünki bunün üçün müəyyən tədqiqat bacarqlarına sahib olmalıdır. Buraxılış işi və attestasiya imtahanının ləğvi tələblər üçündə müəyyən mənada dəsək və rahatlıqdır. Tələbələr bununla fənnlərə və akademik ortalama göstəriclərinə fokuslanır", - deyə ekspert bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...