Heydər Əliyev İli -2023” : “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”nı giriş sözü ilə açan Tərtər RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev əvvəlcə Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlər barədə məlumat verib,10 mayda Ulu Öndərin doğum günü münasibəti ilə keçirilən ümumrayon tədbirindən,möhtəşəm konsert proqramından və atəşfəşanlıqdan danışıb.
Zabil Paşayev qeyd edib ki, Azərbaycanın dövlət müstəqilyini yenidən bərpa etdiyi illərdə yaşadığı durum hər kəsin yaddaşındadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, torpalarımız bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. Azərbaycan adlı dövlətin varlığı sual altında qalmışdı. Belə bir çətin məqamda xalqın səsinə səs verən dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması Azərbaycanın o illərdə yaşadığı durumun aydın təsəvvürünü yaradır. Qurtuluşdan başlanan yol Azərbaycanın bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyev böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu. O, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini yeganə həyat amalı seçdiyini diqqətə çatdırırdı. Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, onun qorunmasını və möhkəmləndirilməsini hər bir vətənpərvər insanın qarşısında mühüm vəzifə kimi qoyması da bu hisslərinin böyüklüyündən irəli gəlirdi. Heydər Əliyev bildirirdi: "Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərlə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq".
Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə qurulması, ən əsas bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğuna xüsusi diqqət göstərilməsi Azərbaycan həqiqətlərinin, tarixinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Dahi şəxsiyyət harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyi tələb edirdi. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır o, hər bir insanın qəlbində özünə möhtəşəm abidə ucaldıb.
“Dəyirmi masa”da Təhsil sektorunun metodisti Müsaməddin Qurbanov, şəhər 2 nömrəli məktəb liseyin direktoru Gülarə Əkbərova, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Arzu Nəcəfova, şəhər 6 nömrəli tam orta məktəbin direktoru Rüfət İsmayılov, Şıxarx 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev, Mamırlı kənd tam orta məktəbin direktoru Əli Əzimov, Cəmilli kənd tam orta məktəbin direktoru Rəşad Şahbazov, Xoruzlu kənd tam orta məktəbin direktoru Elşən Səfərov və Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva çıxış edərək bildiriblər ki, inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq bir sıra problemlərin yaranmasına, erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli liderin xarici ölkələrə səfərləri zamanı orda yaşayan azərbaycanlılarla görüşməyə səy göstərməsi, onların problemləri ilə yaxından tanış olması, respublikamızla əlaqələrini daha da möhkəmləndirmələri üçün tövsiyələrini verməsi diaspor quruculuğu istiqamətində atılan addımlar idi. Ulu öndər öncə soydaşlarımızın yaşadıqları ölkədə birliyinin yaradılmasının vacibliyini bəyan etdi. Həmin ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılması da bu məqsədə xidmət edirdi. Ümummilli ldier buna nail olduqdan sonra dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu işi ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin siyasətində də önəmli yer tutur. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görür. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasətlə sıx bağlıdır.
Çıxışlarda bir fikir vurğulanıb:Müstəqil Azərbaycanın qazandığı bütün müfəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir.
988 dəfə oxundu