Kəlbəcər istiqamətində düşmənə layiqli cavab verilib - Zakir Həsənov

Kəlbəcər istiqamətində düşmənə layiqli cavab verilib -
Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarda qarşı tərəfə layiqli cavab verilib.

Yenisabah.az xəbər verir ki, bunu Müdafiə Nazirliyində bu gün keçirilən xidməti müşavirə zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

O, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib.

Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.

eyd edək ki, Zakir Həsənovun rəhbərlik etdiyi müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...