Xəstəxanaya yerləşdirilən şagirdlərin son durumu açıqlandı

Xəstəxanaya yerləşdirilən şagirdlərin son durumu açıqlandı
Bakı şəhəri 149 nömrəli məktəbin xəstəxanaya yerləşdirilən şagirdlərinin son durumu açıqlanıb.
GUNDEMINFO.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları çağırış ünvanına cəlb edilib:
“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (səkkizi qız, yeddi oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Doqquz nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda altı nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...